Modern Istixana Sisteminin Özəllikləri

Dizayn & Sistemlər

Sistem Haqqında

Modern İstixana dedikdə bu günə qədər qurulmaqda olan istixanalara nisbətdə ən son texnologiyaların mövcud olmasıdır.Havalandırma,İsitmə,Soyutma,Sulama,Kölgələmə,Gübrələmə,İqlim Kontrol və digər bütün sistemlərin ən üst səviyyədə olması və məhsuldarlıq səviyyəsinin ən üst olması başa düşülür. İstixananın yük götürmə gücü də ən son texnologiyaya cavab verir. Burada konstruksiya bitki yükü,külək,qar və yağış kimi yüklərin təsirində zərər görməməli və dayanıqlı olmalıdır. İstixananın daxili iqlim şəraiti də bitkilərin özlərini təbii şəraitdəki kimi rahat hiss etməsi üçün dizaynı buna uyğun olmalıdır.

9600 model istixanaların çox yüksək performanslı olmalarının ən önəmli səbəbi memari əsaslarının keyfiyyətindən qaynaqlanmaqdadır. Yüksək həcm və havalandırma nisbəti ilə iqlim şərtlərini təsirli bir şəkildə təyin etməyə, qışda ekonomik bir isitmə, yaz aylarında isə xüsusi ilə isti və nəmli bölgələrdə sərin və münbit bir şərait yaratmağa, son dərəcə münasibdir. Konstruksiya parçaları galvanizli polad materialdan emal edilməkdə olub korroziyaya davamlı və uzun ömürlüdür. Gotik layihəli sivri qübbəsi və üçkünc dizaynlı Pəncərə onurğası ilə 9600 yüksək performansı, montajdakı sadəliyi və sağlamlığı ilə özünü doğrultmuşdur.9600 Modern İstixananın statik və aerodinamik hesablamaları aparılarkən aşağıda göstəricilərə dayanıqlılığa uyğun olduğu müəyyən olunmuşdur:

• 120 km/saat külək dayanıqlılığı

• 37 kg/m2 bitki yükü

• 35 kg/m2 qar yükü

Oluk və klips profilləri xaric, konstruksiyada istifadə olunan bütün detallar galvaniz üsulu ilə sink galvaniz örtüklüdür. Oluk və klips profilləri; roll-form makinasında istehsal olunduğundan galvanizli rulon listdən emal edilməkdədir.Havalandırmalar; hər 2,5 m-dən bir yerləşdirilmiş 1,50 m uzunluğundakı kramiyer və dişli sistemi ilə açılmaqdadır. Sistemi hərəkətə gətirmək üçün 0.55kWa elektrik reduktor motorları istifadə olunur və motorlar ilə kramiyer sistemi arasındaki bağlantını ø32x2mm-lik borular təmin edir.

Modern Istixananın Sistemləti

İstixana daxilində qurulan sistemlər tam avtomatlaşdırılmış və ən son texnoloji yeniliklərlə ayaqlaşan sistemlərdir.Bunun köməkliyi ilə məhsul verimliliyini daha da artırmaq mümkündür.Müştərilərimizə Aşağıdakı sitemlər təklif olunur:

  • Konstruksiya: Nov altı Yüksəkliyi 5 və ya 6 metr olan konstruksiya, Əgər Nov altı yüksəklik 5m olarsa Konstruksiyanın pik nöqtəsi 7.5metrdir. Tunel genişliyi 9600mm-dir
  • Böcək Tül sistemi: Zərərverici həşəratların içəri daxil olmasının qarşısını alır.
  • Bitki Asqı Telləri: Bitkilərin asılması üçün yığılan tel sistemi.
  • Pəncərə Sistemi: Hər tuneldə eni 2m və uzunluğu tunel uzunluqda olan 2 ədəd pəncərə mövcutdur.
  • Fan sistemi: İçəridə nəm havanı qurutmaq və hava sirkulyasiyası yaratmaq üçün fanlar quraşdırılır.
  • Pərdə Sistemi: Soyuq aylarda içəridəki enerjiyə 55% qənaət edə biləcək bir sistem quraşdırılıq.Bu sistem sayəsində isti aylarda da kölgələmə sistemi kimi istifadə etmək mümkündür.
  • Suvarma/Gübrələmə sistemi: bitkilərin suya və mineral maddələrə olan tələbatını ödəmək, sudan və minerallardan maksimum ekonom istifadə edə biləcək bir damlama sistemi quruur.
  • İsitmə Sistemi: Soyuq aylarda bitkinin istiyə olan tələbatını ödəmək üçün bu sistem qurulur.3 isitmə sistemi qurulur: 1.yer isitmə 2.Bitki isitmə 3.Qar əritmə sistemi
  • Sisləmə Sistemi: İsti aylarda bitkinin nəmə olan ehtiyacını ödəmək üçün yüksək təzyiqli nəmləmə sistemi qurulur.
  • Gutter Sistemi: Bu bitki yataqları bitkinin yerlə heç bir təması olmaması üçün onları havada qalmasını təmin edir və bitkidən çixan drenaj suyunu istixana kənarına çıxmasını təmin edir.
  • Yer Örtüyü: İstixana daxilində yabanı ot bitməməmsi,nəmin azaldılması və yerə düşən günəş şüasının yenidən bitkiyə ötürülməsi üçün bu örtüklərdən istifadə olunur.
  • Polikarbonat: yan divarlarda istinin az itirilməsi üçün Polikarbon materiallarından istifadə olunur.

Aşağıdakı şəkillərdə sistemlərin fotoları ilə tanış ola bilərsiniz: